Kompozit materiallar Elmi Tədqiqat Mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 28 fevral 2019-cu il tarixli iclasının 164 №-li Qərarı və UNEC rektorunun 29 mart 2019-cu il tarixli 188/3/2019 №-li əmrinə əsasən yaranmışdır.
UNEC rektorunun 22 iyul 2019-cu il tarixli 564/3/2019 №-li əmrinə əsasən mərkəzə ictimai əsaslarla rəhbərlik “Fizika və kimya” kafedrasının müdiri f.e.d., prof. R.M.Rzayevə həvalə edilmişdir.
MƏQSƏDİMİZ:
yüksək ixtisaslı mütəxəssislər hazırlanmasında iştirak etmək, fundamental, tətbiqi və axtarış elmi-tədqiqat işləri aparmqa, professor-müəllim heyətini, doktorantları və ali təhsil müəssisəsi tələbələrini elmi-tədqiqat işlərinə geniş cəlb etmək
VƏZİFƏLƏRİMİZ:
– nəzdində fəaliyyət göstərdiyi ali təhsil müəssisəsinin müvafiq fakültə və ya kafedrası arasında tədrislə bağlı sıx əlaqə yaradılması;
– təsdiq edilmiş istiqamətlər üzrə fundamental, tətbiqi və axtarış tədqiqatlarının aparılması;
– ali təhsil müəssisəsinin bölmələrinə, müəssisələrə və xalq təsərrüfatının başqa təşkilatlarına laboratoriyada yerinə yetirilmiş tədqiqatların əsasında yeni metod və texnologiyanın, cihaz və materialların və s. yaradılmasında və mənimsənilməsində köməklik edilməsi.