Murtuza Muxtarov 194

Tarix: 2023-09-27 Oxunma sayı: 255

"Məsaməli metal oksid nanokompozitlərinin hazırlanması və fiziki-kimyəvi xassələrinin tədqiqi" mövzusunda Qrant layihəsinin təqdimatı

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) aparılan elmi-tədqiqat işlərinin dəstəklənməsi və inkişafı baxımından "Müsabiqə əsasında universitetin vəsaitlərindən elmi-tədqiqat işlərinin maliyyələşdirilməsi haqqında" Əsasnaməyə uyğun olaraq 2022-ci təqvim ilində Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in reallaşdırılmasına alimlərin töhfəsini stimullaşdırmaq məqsədilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) qrant müsabiqəsi elan etmişdir.

"Məsaməli metal oksid nanokompozitlərinin hazırlanması və fiziki-kimyəvi xassələrinin tədqiqi" mövzusunda Qrant layihəsinin yekun hesabatının Elm və biznes nümayəndələrinə təqdim etmək məqsədi ilə 29 sentyabr 2023-cü il tarixində saat 10:00-da -UNEC III Tədris Binasının Akt zalında təqdimatı keçiriləcəkdir.




Haqqımızda

Yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında, fundamental, tətbiqi və kəşfiyyat xarakterli tədqiqat işlərinin aparılmasında iştirak, professor-müəllim heyətinin, doktorantların və universitet tələbələrinin elmi-tədqiqat fəaliyyətinə cəlb edilməsi.



Qalereya