29 sentyabr 2023-cü il tarixində saat 1000-da UNEC–in III Tədris korpusunda UNEC–in I Qrant müsabiqəsinin qalibi olan “Məsaməli metal oksid nanokompozitlərinin hazırlanması və fiziki–kimyəvi xassələrinin tədqiqi” mövzusunda Qrant layihəsinin yekun hesabatının təqdimatı keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun icraçı direktoru, prof., f.r.e.d. İbrahimov Hüseyn, Fizika İnstitutunun şöbə müdiri, akad., f.r.e.d. Mehdiyeva Səlimə, AzTU-nun prorektoru, prof., t.e.d. Yusifbəyli Nurəli, “Yeni materiallar və nanotexnologiyalar” Elmi Tədqiqat mərkəzinin rəhbəri, prof., f.r.e.d. Mehrabov Əmdulla ADPU-nun “Fizika” fakültəsinin dekanı, dos., f.ü.f.d. Daşdəmirov Arzu, “Fizika” kafedrasının müdiri, prof., f.e.d. Hüseynov Cahangir, ADNSU-nun “Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası" kafedrasının müdiri, prof., k.e.d. Əmirov Fariz, “Fizika” kafedrasının müdiri, prof., f.r.e.d. Musayev Musavər və digər Elmi-tədris, eləcə də biznes müəssisələrinin nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə “Elmi fəaliyyətin təşkili və idarə edilməsi” departamentinin direktoru, prof., i.e.d. Zahid Məmmədov açaraq ilk dəfə olaraq UNEC-in daxili vəsaiti hesabına qrant müsabiqəsinin keçirildiyini, onun əhəmiyyəti və müsabiqə şərtlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonra layihə rəhbəri, “Mühəndislik və tətbiqi elmlər” kafedrasının müdiri, “Kompozit Materiallar” Elmi Tədqiqat Mərkəzinin rəhbəri, prof., f.e.d. Rzayev Rövnəq və layihə icraçısı, “Kompozit Materiallar” Elmi Tədqiqat Mərkəzinin tədqiqatçısı, BDU-nun “Nanomaterialların kimyəvi fizikası” kafedrasının müdiri, prof., f.r.e.d. Cəfərov Maarif icra edilmiş layihə barədə təqdimatla ətraflı çıxış ediblər.
Təqdimatla bağlı suallar cavablandırılıb və təkliflər səsləndirilib.
Yerinə yetirilən layihənin elmi nəticələri və praktik tətbiqləri ilə bağlı prof., f.r.e.d. İbrahimov Hüseyn, prof., t.e.d. Yusifbəyli Nurəli, prof., f.r.e.d. Mehrabov Əmdulla çıxış ediblər.
Tədbirin sonunda tədbir iştirakçıları “Kompozit Materiallar” Elmi Tədqiqat Mərkəzinin laboratoriyaları ilə yaxından tanış olaraq, gələcəkdə birgə tədqiqatların aparılması məqsədilə elmi–praktiki əməkdaşlığın genişləndirilməsinin vacib olduğunu vurğulayıblar.