26 oktyabr 2023-cü il tarixində UNEC-in 3-cü tədris korpusunda Böyük Akt zalında Azərbaycan Texniki Universitetinin (AzTU) “Metallurgiya və materiallar texnologiyası” kafedrasının professoru, "Yeni materiallar və nanotexnologiya" İnstitutunun direktoru, f.-r.e.d., professor Əmdulla Mehrabovun təqdimatında “Sənaye tətbiqləri üçün üstün xassəli materialların dizaynı, sintezi və inkişaf etdirilməsi” mövzusunda elmi seminar keçirilmişdir.
Seminarı giriş sözü ilə UNEC “Mühəndislik və tətbiqi elmlər” kafedrasının müdiri, “Kompozit materiallar” Elmi Tədqiqat Mərkəzinin rəhbəri, f.e.d., professor Rövnəq Rzayev açaraq, professor Əmdulla Mehrabovun elmi fəaliyyəti ilə seminar iştirakçılarını tanış etmişdir.
Bildirilmişdir ki, f.-r.e.d., prof. Əmdulla Mehrabov Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) aspirantı olmuş, 1991-ci ildə ABŞ-in Kaliforniya ştatında Kaliforniya Universitetinin “Nüvə və Kimya Mühəndisliyi” departamentində bir semestr Fullbrayt professoru kimi, 1992-2023 illərdə isə Orta Doğu Texniki Universitetində (ODTU) Mühəndislik fakültəsi nəzdindəki “Metallurgiya və materiallar mühəndisliyi” departamentində müsafir professor olaraq çalışmışdır. 2000-ci ildə ODTU-də “Yüksək texnologiya materiallarının dizaynı və inkişaf etdirilməsi” laboratoriyasını qurmuş və ODTU-də çalışdığı 31 ilə yaxın müddət ərzində Bərk cisim fizikası və Materiallar elmi və mühəndisliyinin həm nəzəri, həm də praktiki cəhətdən ən aktual problemlərinin həlli ilə məşğul olumuşdur.
Sonra prof. Əmdulla Mehrabovun təqdimatı dinlənilmişdir.
Seminarda UNEC-in professor-müəllim heyəti, doktorant və magistrləri ilə yanaşı, digər elm və təhsil müəssisələrnin mütəxxəssisləri də iştirak etmişlər. Aktiv müzakirələrin sonunda gələcəkdə birgə elmi-tədqiqat və qrant layihələrinin yerinə yetirilməsi ilə bağlı Respublikamızda mövcud kadr potensialının, elmi-tədqiqat yönümlü cihaz və avadanlıqların imkanları nəzərə alınmaqla işçi tədqiqatçı qruplarının yaradılması qərara alınmışdır.
https://news.unec.edu.az/xeber/100-elm/10724-materiallarin-dizayni-sintezi-ve-inkishaf-etdirilmesi-movzusunda-elmi-seminar-kechirilib