Murtuza Muxtarov 194

Tarix: 2024-04-05 Oxunma sayı: 292

UNEC-də "Elm Günləri" keçirilib

27 mart - 04 aprel tarixləri UNEC-də “Elm günləri” keçirilmişdir. Elm günlərində UNEC-də elmin mövcud vəziyyəti, yeni dövr iqtisad elminin aktual mövzuları, UNEC tədqiqat mərkəzlərinin potensialının gücləndirilməsi və sifarişli elmi tədqiqat işlərinin cəlb edilməsi, elmi jurnalların və konfrans materiallarının beynəlxalq elmi bazalarda indekslənməsi, Kitabxana-İnformasiya Mərkəzində tədqiqatçıların rəqəmsal resurslardan istifadə imkanlarının genişləndirilməsi, UNEC laboratoriyalarının mövcud vəziyyəti və akkreditasiya imkanları, dissertasiya şuraları və elmi seminarların fəaliyyətinin təkmilləşdirilməsi, magistr və doktorluq dissertasiya islərinin keyfiyyətinin artırılması yolları müzakirə edilmişdi. 
Kompozit Materiallar Elmi-Tədqiqat Mərkəzinin rəhbəri professor Rövnəq Rzayev də rəhbərlik etdiyi mərkəzin fəaliyyəti barədə təqdimatla çıxış edib. Mərkəzin fundamental Elmi Tədqiqat Mərkəzi kimi formalaşması istiqamətində görüləcək işlərdən danışıb. Qrant layihələri ilə bağlı bir sıra məsələlərə toxunan məruzəçi universitet-sənaye arasında əlaqələrin genişləndirilməsinin, qrant layihələrindən əldə olunan gəlirlərin mərkəzlərin maddi-texniki bazasının gücləndirilməsinə yönəldilməsinin vacibliyindən danışıb. 
“Elm günləri” ilə bağlı keçirilən tədbirlərin yekununda elmi fəaliyyəti ilə fərqlənən UNEC əməkdaşları, tələbə və tədqiqatçıları, tədqiqat mərkəzləri, kafedraları təşəkkürnamələrlə təltif olunub. 

         

 




Haqqımızda

Yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında, fundamental, tətbiqi və kəşfiyyat xarakterli tədqiqat işlərinin aparılmasında iştirak, professor-müəllim heyətinin, doktorantların və universitet tələbələrinin elmi-tədqiqat fəaliyyətinə cəlb edilməsi.



Qalereya