ABŞ-ın Stanford Univeristeti 2024-cü il üçün dünyanın ən yaxşı 2 % alimlərinin (World's Top 2% Scientists) siyahısını açıqlayıb.
Dünya elm adamlarının fəaliyyətinin qiymətləndirilməsi məqsədilə hazırlanan siyahıda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "Kompozit materiallar" Elmi-Tədqiqat Mərkəzinin tədqiqatçıları Abdullah Sofiyev, Tural Nağıyev, Muhammad Sohail, Esmail Vessally, Elçin Hüseynov və Elçin Vəliyev dünyanın TOP 2 faiz ən yaxşı alimləri sırasındadır.
Qeyd edək ki, reytinq siyahısı dünyanın ən böyük və nüfuzlu akademik nəşriyyatı olan “Elsevier” şirkətinin “Scopus” bazasının bir il əvvəlki məlumatları əsasında tərtib edilir. Siyahı iki mərhələdə həyata keçirilir. İlkin mərhələdə ən azı 5 məqaləsi “Scopus” bazasında indeksləşən alimlər seçilir. Sonrakı seçim isə keyfiyyət göstəriciləri əsasında (istinadların ümumi sayı, özünə istinadlar nəzərə alınmadan istinadların sayı, h-indeksi, hm-indeksi, təkmüəllifli məqalələrə istinadların sayı və s.) aparılır